DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Sabirabad rayonunun Qarağac kəndi ərazisində baş verib.
“Daewoo” və “Toyota” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər - S.Umudov, M.Hacıyev və S.Abuzərova vəfat edib, 3 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.
***
Sabirabadda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində baş verib.
Belə ki, "Toyota" markalı avtomobillə "Daewoo" markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



